12 C
Baku
Saturday, April 12, 2025

Bill Qeyts superyaxtasını rekord qiymətə satışa çıxardı

Dünya şöhrətli milyarder Bill Qeyts 645 milyon dollar dəyərində olan və dünyanın hidrogenlə işləyən ilk yaxtası kimi tanınan ultra-lüks “Breakthrough” yaxtasını satışa çıxarıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Superyaxta brokerləri və idarəetmə şirkətlərindən biri olan “Edmiston”un baş direktoru Ceymi Edmistonun sözlərinə görə, dünyanın hidrogenlə işləyən ilk super yaxtası kimi tanınan “Breakthrough” “indiyədək inşa edilmiş ən möhtəşəm yaxtadır”.

Yaxtanın yeni alıcısının kanadalı milyarder və “Green For Life Environmental” şirkətinin baş direktoru Patrick Dovizzi olduğu iddia edilir.

Son xəbərlər
Digər xəbərlər