31 C
Baku
Friday, July 19, 2024

Bill Qeyts: “Yazadək COVID-19 əleyhinə altı vaksin istifadəyə verilə bilər”

Altı istehsalçı şirkətin koronavirus əleyhinə peyvəndləri 2021-ci ilin birinci rübünə qədər təsdiqlənib istifadəyə hazır ola bilər.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Singapore FinTech Festival” onlayn-təqdimatında Bill Qeyts bildirib.

“2021-ci ilin birinci rübünə qədər təxminən altı vaksinin təsdiq olunacağını gözləyirəm”, – deyə Qeyts söyləyib.

Onun sözlərinə görə, ilk növbədə “AstraZeneca”, “Novavax”, “Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri nəzərdə tutur.

“Microsoft”un qurucusu vaksinasiyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə 2022-ci ilə qədər Covid-19 pandemiyasını aradan qaldırmağa kömək edəcəyinə ümid edir.

Xatırladaq ki, Amerikanın “Pfizer” və “Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvənd dekabrın 2-dən Böyük Britaniyada istifadə olunmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər