“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts yeni layihəyə başlayır.
İş adamı “dünyanı xilas edəcək” layihənin adının “GERM” olduğunu açıqlayıb.
Sözügedən layihə növbəti epidemiyanın qarşısını almaq üçün nəzərdə tutulub.
Qeyts vurğulayıb ki, lazımi addımlar atılsa, yeni pandemiyanın qarşısını almaq olar. Məhz 3000 nəfərlik “GERM” komandası bunun üzərində işləyəcək. Qeytsin planına görə, komandaya ildə 1 milyon dollar sərmayə qoyulacaq. Hələlik komanda 3 min nəfərdən ibarət olacaq.
Komanda üzvlərinə epidemioloqlardan tutmuş alimlərə, diplomatiya ekspertlərindən tutmuş kommunikatorlara qədər bir çox müxtəlif iş sahələrindən olan insanlar daxil olacaq. Komanda əvvəlcədən işə başlayacağı üçün mümkün epidemiya halında epidemiya pandemiyaya çevrilməmiş vəziyyəti xilas edəcək.
Eyni zamanda, komanda üzvləri daim operativ olacaq, hadisələrə dərhal reaksiya veriləcək. Bill Qeyts bu komandaya əlavə olaraq daha çox sərmayə qoyacağını və səhiyyə sistemlərinə dəstək verəcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl pandemiya ilə bağlı iddiaları ilə gündəmə gələn “Microsoft”un qurucusu Bill Qeyts dünyanın son aylarda daha bir epidemiya ilə üzləşəcəyini söyləyib. Qeyts çiçək xəstəliyinin geniş yayılacağını diqqətə çatdırıb.