21 C
Baku
Saturday, May 4, 2024

Bill Qeytsdən 11 qızıl qayda

Bill Qeyts tez-tez məktəblərə baş çəkir və həmişə ziyarətlərində öz iş təcrübəsi və qlobal problemlər haqqındakı dünya görüşünü uşaqlar ilə paylaşmağı xoşlayır. Hər dəfə o, çıxışını başa vuranda, uşaqlara 11 qayda haqqında danışır, belə hesab edir ki, bu həyati qaydaları məhz məktəb yaşlarında öyrənmək mümkündür və vacibdir. O, deyir ki, siyasi düzgünlük ruhunda tərbiyə elə bir uşaq nəsli yetişdirib ki, onların əksəriyyəti gerçəklikdən uzaq düşüb və real həyatın sərtliyinə tab gətirə bilməyəcək. 

Qayda 1: Həyat ədalətsizdir – öyrəşmək lazımdır

Qayda 2: Sizin özünüqiymətləndirməniz cəmiyyəti qətiyyən maraqlandırmır. Hər şeydən öncə sizdən yaxşı nailiyyətlər gözlənilir.

Qayda 3: Siz məktəbi bitirən kimi dərhal ildə $60,000 qazana BİLMƏZSİNİZ. Nə də siz, şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız, bundan ötrü siz bunların hər ikisini eyni anda qazanmalısınız.

Qayda 4: Əgər siz düşünürsünüz ki, müəllim sizə qarşı həddindən sərt rəftar edir, onda bu hələ harasıdır. Arxayın olun ki, boss ilə müqayisədə bu rəftar “toya getməlidir”.

Qayda 5: Siz qamburqer qızartmağı özünüzə sığışdırmırsınız, sizə elə gəlir ki, bu ləyaqətinizi alçaldır?  Onda bilin ki, baba və nənələriniz bu məsələyə ayrı cür yanaşırdı, onlar üçün qambuqer qızartmaq bu həyatda sağ qalmağın və nədənsə yapışmağın yeganə yolu idi.

Qayda 6: Əgər sizdə nəsə alınmayıbsa, bu sizi valideynlərin günahı deyil, ona görə bəsdir qəm yediniz, öz səhvləriniz üzərində öyrənin.

Qayda  7: Valideynləriniz heç də həmişə sizin indi fikirləşdiyiniz kimi darıxdırıcı olmayıb. Ola bilsin, daima sizin qayğınızı çəkmək onları bu hala salıb? Onlar sizi, yedirir, geyindirir, daima sizin necə yaxşı uşaq olmağınız haqqında deyilən sözlərə qulaq asırlar. Ona görə yaşlı nəsli- valideynlərinizi tənqid etmək əvəzinə, özünüzdən başlayın.

Qayda 8: Ola bilər ki, sizin məktəbdə müvəffəqiyyət əldə etməyən tələbəni açıq-aşkar uğursuz adlandırmaq ədəbsizlik sayılır və ya sizin məktəbdə uğursuz tələbə qalmayıb, amma həyatda belə deyil. Bəzi məktəblərdə artıq sinifdə qalmaq (ikinci ilə qalmaq) qaydası yığışdırılıb, buna görə də növbəti sinfə keçmək üçün sizi mümkün qədər imtahan şansı verilir. Lakin həyatda hər şey tamamı ilə başqa cürdür.

Qayda 9. Həyat semestrlərə bölünmür. Sizin daha yay tətiliniz olmayacaq, nə də sizin işəgötürəniniz sizə həyatda özünüzü tapmağa kömək etməyəcək. Siz bütün bunları özünüz, öz boş vaxtınızda etməli olacaqsınız.

Qayda 10: Televizorlarda gerçək həyat göstərilmir. Real həyatda heç də bütün günü kafedə oturmaq və dostlar ilə boşboğazlıq etmək mümkün olmur.

Qayda 11: “Botanik“lərlə (botanik çox bilmişlərə deyilir)  bir az nəzakətli olun. Onlardan biri məktəbi qurtardıqdan sonra sizin rəhbəriniz ola bilər.

Sonda…

Mən Harvardı ona görə tərk etdim ki, öz işimi qura bilim və buna görə təəssüflənmirəm.  Amma kimsə məni nümunə gətirərək deyən də ki, uğurlu biznes ilə məşğul olmaq üçün təhsil almaq mütləq deyil, mən həmişə balaca bir dəqiqləşmə gətirməyi vacib bilirəm:  bu yalnız o halda doğru və ədalətli ola bilər ki, insanın ağlına gələn ideyanın gərşəkləşdirilməsi heç cürə təxirə salına bilməz və o əmindir ki, belə şans bir daha ələ düşməyəcək. Bütün digər hallarda isə təhsili başa vurmaq daha məsləhətlidir.  Ən azı ona görə ki, biznesdə çox nadir hallarda gənc insanları ciddiyə alırlar. Bundan əlavə, yekun nəticədə elmi dərəcə arzu etdiyiniz işə (vəzifəyə) yiyələnmək üçün həll edici rol oynaya bilər. Bunun ən gözəl nümunəsi isə elə Microsoft kompaniyasının özü ola bilər. Burada aparıcı və əhəmiyyətli vəzifələri demək olar ki, heç vaxt təhsilini başa vurmamış insanları götürmürlər. baxmayaraq ki, bu kompaniyanın əsasını kollecdəki təhsilini atmış iki gənc qoymuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər