Bill Qeytsin 10 heyrətləndirici proqnozu – Yarısı artıq gerçəkləşib

“Microsoft” şirkətinin qurucusu Bill Qeytsin 65 yaşı tamam olub. O, yalnız iş adamı kimi deyil, həm də daimi olaraq proqnozlar verən vizioner kimi tanınır. Milyarderlərin verdiyi proqnozların bir qismi artıq həyata keçib, bəziləri isə 2020-ci ildə özünü göstərib. Dünyanın ən zəngin adamlarından biri olan Bill Qeytsin maraqlı proqnozlarına nəzər salaq. 

Bill Qeytsin hansı proqnozları artıq həyata keçib

Bəşəriyyət təhlükəli virusla qarşılaşacaq

“Əgər önümüzdəki onilliklərdə on milyondan çox insanı məhv etməyə qadir olan nəsə varsa, o da təhlükəli virusdur. Müharibə və raketlər yox, mikroblar”, – Bill Qeyts 2015-ci ildə TED Talk mühazirəsində söyləyib. 

Koronavirus pandemiyası başlayanda çoxları bu proqnozu xatırladı – İnternetdə Qeytsin bu virusu yaratması haqqında şayiələr yayılmağa başladı. 

Qeyts özü belə dedi-qoduları inkar etmək çətin olduğunu söyləyib, çünki bu fikirlər “əsassızdır, qəribədir”. 

Sahibkarın proqnozu qismən də olsa artıq gerçəkləşib. Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 28-də verdiyi məlumata görə, dünyada Covid-19 koronavirusuna yoluxanların sayı artı1 44 milyona çatıb. 

Yaşayış evləri videokameraların nəzarəti altında olacaq

“Evlə videoəlaqə yaratmaq adi hala çevriləcək. Heç kim olmayanda evinizə kimin gəldiyini görmək mümkün olacaq”, – deyə Bill Qeyts 1996-cı ildə “Düşüncə sürətində biznes” kitabında yazıb. Həmin dövrdə bu ehtimalı olmayan bir şey kimi səsləndi, lakin bu gün “ağıllı ev” sistemləri demək olar ki, heç kimi təəccübləndirmir. 

Telefonlar smartfonlara çevriləcək

“İnsanlar özləri ilə kiçik cihazlar gəzdirəcək. Onlar vasitəsi ilə xəbərləri oxumaq, hazırkı reyslərə baxmaq, maliyyə bazarlarındakı vəziyyət haqqında məlumat öyrənmək mümkün olacaq. Bir sözlə, həmin cihazlarla istədiyimiz hər bir şeyi edə biləcəyik”, – 1999-cu ildə düyməli mobil telefonlar dövründə Bill Qeyts söyləyib. 

Reklam tarqetləşdirilmiş olacaq

“Cihazlar istehlakçı seçimlərini “biləcəklər” və bizə istəklərimizə uyğun reklamları göstərəklər”, – eyni 1999-cu ildə Bill Qeyts söyləyib. Və haqlı olub: mobil cihazlar o qədər ağıllıdırlar ki, bəziləri “Facebook” və “Instagram”ın istifadəçiləri “gizlicə dinlədiklərini” hesab edir. 

İnsanlar sosial şəbəkələrdə oturacaq

Elə həmin ildə Qeyts açıqlayıb: “Dostlarınız və ailəniz xüsusi veb-səhifələrdən istifadə edəcək və bu, adət halına düşəcək. Sosial şəbəkələr sizə yaxınlarınızla mesajlaşmaq imkanını verəcək”. Qeyd edək ki, milyarderin bu sözlərindən beş il sonra “Facebook” yaradıldı. 

Hansı proqnozlar bundan sonra gerçəkləşə bilər

Bəşəriyyəti pandemiyadan daha qorxunc olan böhran gözləyir

Söhbət iqlim dəyişikliyi ilə əlaqəli olan ekoloji böhrandan gedir. Milyarderin fikrincə, yaxın onilliklərdə bəşəriyyəti iqlim fəlakəti gözləyir. Proqnozlara görə, əgər elm adamları bu problemi həll edə bilməsələr, 2100-ci ilə qədər Yer üzərində temperaturun artması nəticəsində ölüm halları koronavirus ilə müqayisədə beş dəfə çox olacaq (100 min adama 73 ölüm və 100 min adama 14 ölüm). Bunun nəticəsində ekoloji vəziyyətin pisləşməsi ilə iqtisadi problemlər insanları Covid-19-dan daha uzun müddət təqib edə bilər. 

Hər 20 ildən bir yeni pandemiya ortaya çıxacaq

Qeyts bu barədə 2020-ci ilin aprelində danışmışdı. Onun sözlərinə görə, bütün ölkələrin hökumətləri mövcud pandemiyadan dərs almalıdırlar. “Əgər ölkələr bu virusa hazır olsaydılar, dünya iqtisadiyyatı onunla mübarizəyə bir neçə trilyon dollar az pul xərcləyərdi”, – milyarder “Financial Times”a verdiyi müsahibədə söyləyib. 

2032-ci ildə bərpa olunan energetika karbohidrogen energetikasını sıxışdıracaq

“Müasir tədqiqatların energetika sahəsinin inkişafı ilə çox əlaqəsi var, cəmiyyət üçün bu vacibdir və buna görə də 15 ildən sonra bərpa olunan enerji mənbələri karbohidrogen energetikasından üstün olacaq”, – Qeyts 2017-ci ildə öz “Twitter”ndə yazıb. 

2035-ci ildə dünyada kasıb ölkə demək olar ki, qalmayacaq

Qeyts bunun digər dövlətlərin köməyi sayəsində baş verəcəyinə inanır. “Demək olar ki, bütün ölkələrin gəlirləri orta səviyyədən bir qədər aşağı və ya yuxa olacaq. Dövlətlər təkmilləşdirilmiş toxumalar, rəqəmsal inqilab və yeni peyvəndlər sayəsində çiçəklənəcək”, – iş adamı 2014-cü ildə proqnozlaşdırıb. 

2037-ci ildə işçiləri robotlar əvəz edəcək

Yaxın 20 ildə inkişaf etməkdə olan ölkələrin bir çoxunda mağazalarda, anbarlarda və fabriklərdə bütün işçilər robotlarla əvəz ediləcək. Qeyts belə olduğu təqdirdə, sosial partlayışın qarşısını almaq üçün robotlara vergi tətbiq etmək, toplanan vəsaiti isə avtomatlaşdırma prosesi səbəbindən işini itirmiş insanların peşəkarlıq təlimlərinə xərcləməyi təklif edib. 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.