Bimetalizm (Bimetallism) – ümumi ekvivalent rolunu eyni zamanda iki metalın – qızıl və gümüş metalların oynadığı tədavüldə olan banknotların bu metallara dəyişilən pul sistemidir. Belə bir sistem daxilində bu iki metalın mübadiləsi fiksə edilmiş faiz dərəcələri üzrə həyata keçirilir.
Bir sıra iqtisadçılar bimetalizmi dəyişkən sistem kimi qəbul edirlər. Onların fikrinə görə, qızıl və gümüşün mübadiləsində dəyişiklik pul kütləsində əhəmiyyətli enib-qalxmalara səbəb olurdu və qızıl standartının yaranması qaçılmaz hal idi ki, bu da baş verdi.
Ümumiyyətlə, bimetallizm orta əsrlərə və ilkin yığım epoxasına xarakterikdir. Lakin 1865-ci ildə bimetallizm sistemi tətbiq olunmağa başlanıldı, bu zaman qızıl və gümüş dəyəri fiksə edilmişdi.
1787-ci ildə ABŞ-da qanunla üzən mübadilə məzənnəsi ilə qızıl və gümüş bütün ölkə ərazisində ödəniş vasitəsi kimi təsdiq olundu. 1792-ci ildə
ABŞ-ın maliyyə naziri Aleksandr Hamilton gümüşün qızıla nisbətini 15:1 olaraq təyin etməyi, eləcə də gümüş sikkələrin zərb edilməsi və valyuta tənzimlənməsi üçün zərbxanaların yaradılmasını təklif etdi. 1834-cü ilə nisbət 16:1-ə qədər azaldı və durmadan aşağı düşürdü ki, bu da monometalizmə gətirib çıxardı.
1873-cü ildə ləğv edilməsinə baxmayaraq, ikili metal standart ABŞ-da 20-ci əsrin əvvəllərinə qədər mövcud olmuşdur. Sistemin mövcudluğu ilə bağlı məsələlər 19-cu əsrin sonların debatların əsas obyekti olmuşdur. Əgər tələb və təklif qanunu əsasında fəaliyyət göstərən bazarlarda qızıl və ya gümüş külçələrin dəyəri valyutanın nominal dəyərini üstələyirsə, onda o dövriyyədən yox olaraq, yığım vasitəsi kimi istifadə olunmağa başlayacaq.
1992-ci ildə amerikan iqtisadçı və məşhur monetarist Milton Fridman belə bir qənaətə gəldi ki, 1873-cü ildə bimetalizmdən imtina olunması yanlış qərar idi. Bimetalizm qaldığı təqdirdə qiymət qeyri-stabilliyi daha az fəsad törədərdi.
Bu da amerikan iqtisadiyyatına uzunmüddətli mənfi təsirini göstərdi. Onun tərəfindən aparılmış retrospektiv təhlil göstərdi ki, “1873-cü il qanunu” neqativ nəticələri olan səhv bir addım idi.