“Binə” və “Sədərək” feodal qaydaları ilə idarə olunur, sahibkarların mülkiyyət hüququ pozulur

0

“Binə” və “Sədərək” ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir. Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Və bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”, – deyə F.Mustafa əlavə edib.

Report