17 C
Baku
Bazar, Oktyabr 24, 2021

Binəli Yıldırım koronavirusa yoluxub

Türkiyə Cümhuriyyətinin sonuncu Baş naziri Binəli Yıldırım və həyat yoldaşı Səmihə Yıldırım koronavirusa yoluxub.

APA yerli mətbuata istinadən xəbər verir ki, bir müddət öncə anadan olduğu Erzincan vilayətinə gedən Yıldırım və xanımı Ankaraya qayıtdıqdan sonra özünlərini pis hiss edib.

Dərhal xəstəxanaya müraciət edən sabiq Baş nazir və xanımının verdiyi COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

64 yaşlı Yıldırım və Səmihə xanım həkim nəzarətinə götürülüb.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər