27 C
Baku
Monday, June 17, 2024

Binəqədi və Nəsimi rayonlarının qaz təchizatında fasilə yaranacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Alatava QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin 0-cı km-də quraşdırılmış siyirtmənin görüləcək təmir işləri ilə əlaqədar, 13.11.2023-cü il tarixdə saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinin (Binəqədi rayonu, 6, 8, 9 mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivində, Biləcəri qəsəbəsinin bir hissəsində, Natavan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələri ətrafında, Motodrom yaşayış massivi ərazisində, Nəsimi rayonu, 1,2,3,4 MKR, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, H.Əliyev prospekti) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər