Azərbaycan Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət məkrəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yaymışdır.
Verilən məlumatlara görə, ticarət mərkəzinin 4 və 5-ci sıralarında baş vermiş yanğın zamanı ümumilikdə 1800 kvadrat əraziyə sahib 45 mağaza məhsulları ilə birgə yanmışdır.
Mərkəzin qalan hissəsi Fövqəladə Hallar nazirliyinin yanğınsöndürənləri vasitəsilə qorunmuşdur. Qeyd edək ki, yanğın 24 dekabrda axşam saatlarında baş vermişdi.