12 C
Baku
Friday, November 15, 2024

Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər