“MİDA” MMC Amal Group MMC, Yar İnşaat Təmir-Tikinti MMC və Merkuri İnşaat MMC konsorsium, Hover Group MMC, DDlar İnşaat QSC və Araz İnşaatçı MMC konsosiumu ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilələrin cəmi məbləği 34 milyon 569 min manatdır.
Amal Group MMC ilə bağlanmış müqavilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir. Müqavilənin dəyəri 7.080.623 manatdır.
Yar İnşaat Təmir-Tikinti MMC və Merkuri İnşaat MMC konsorsium ilə olan müqavilə 6, 7 və 8 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir. Məbləği 10.310.542 manatdır.
Dəyəri 10.404.026 manat olan Hover Group MMC ilə bağlanmış müqavilədə Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.
DDlar İnşaat QSC və Araz İnşaatçı MMC konsosiumu ilə olan müqavilə isə 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir. Bu müqavilənin məbləği isə 6.773.931 manatdır.