“Azərişıq” ASC “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərişıq” ASC “Binəqədi rayonu ərazisində tikilən 110 kV-luq Mehdiabad (91 saylı) yarımstansiyanın dayanıqlı elektrik təchizatının təmin olunması məqsədilə yeni 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin” satın alınması məqsədilə nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 12 796 885.39 AZN təşkil edir.