37 C
Baku
Monday, July 14, 2025

Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik

Mövzunu  iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Mәcәllәsinin 130.6-cı maddәsinә aşağıdakı mәzmunda ikinci hissә әlavә edilib:

Uzunmüddәtli müqavilәlәr üzrә gәlirlәrin vә gәlirdәn çıxılan xәrclәrin hәr hesabat ilinә düşәn hissәsinin müәyyәn edilmәsi aşağıdakı qaydada aparılır:

– tikintisi hәyata keçirilәn hәr bir bina üzrә çәkilәn xәrclәr bina üzrә ümumi qiymәtlәndirilәn xәrclәrlә müqayisә edilir vә faktiki çәkilәn xәrcin ümumi xәrclәrdә xüsusi çәkisi müәyyәnlәşdirilir (maddә 130.6.1.);

– hәmin binadan tәqdim edilmiş yaşayış vә qeyri-yaşayış sahәlәrinin satış dәyәri bu Mәcәllәnin 130.6.1-ci maddәsinә әsasәn müәyyәn edilmiş hәcm nisbәtindә vergi tutulan gәlirlәrә aid edilir (maddә 130.6.2.);

– faktiki çәkilәn xәrclәr gәlirdәn çıxılan xәrclәrә aid edilir (maddә 130.6.3.).

Misal: Bina tikintisi ilə məşğul olan vergi ödəyicisinin bina üzrə ümumi qiymətləndirilən xərci, yəni smetasi 6 milyon manatdır. Vergi ödəyicisi 2025-ci ildə 1.800.000 manatlıq xərc çəkdiyi üçün smetanın 30 faizi (1.800.000 (il üzrə xərc) : 6.000.000 (ümumi smeta)) üzrə işi icra edib. 2025-ci ildə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri 2.000.000 manat olub. Bu zaman vergi ödəyicisinin gəliri 2 milyon manat yox, 600.000 manat olacaq:

2.000.000 x 30% = 600.000 manat.

Deməli, 1 milyon 400 min manatlıq gəlir gələcək dövrün gəliri kimi uçota alınacaq:

2.000.000 – 600.000 = 1.400.000 manat.

Vergi ödəyicisinin 2025-ci il ərzində gəliri xüsusi çəki ilə müəyyən edilsə də, xərci faktiki xərclər üzrə, yəni 1.800.000 manat olaraq tanınacaq. O səbəbdən, vergi ödəyicisinin 2025-ci il üzrə gəliri yox, 1.200.000 manat (1.800.000 manat (2025-ci il faktiki xərc) – 600.000 manat (2025-ci il üzrə xüsusi çəki müəyyən etməklə gəlir)) məbləğində zərəri olacaq.

Vergi ödәyicisinin 2026-cı ildә xәrci 1.200.000 manat olub. Demәli, iki il әrzindә xәrclәrin smetada xüsusi çәkisi 50 faiz təşkil edəcək:

(1.800.000 + 1.200.000) : 6.000.000 = 50%

Bina tikintisi ilә mәşğul olan vergi ödәyicisinin 2026-cı il üzrә gәliri 3.000.000 manat olub. Bu zaman 2026-cı il üzrә gәlir 4.400.000 manat təşkil edib.

3.000.000 + 1.400.000 = 4.400.000 manat.

Hәr iki il üzrә xәrclәrin cәmi mәblәğinin ümumi smetada xüsusi çәkisi 50 faiz olduğu üçün 2026-cı ilin mәnfәәt vergisi bәyannamәsindә gәliri 2.200.000 manat qeyd edilәcәk:

4.400.000 x 50% = 2.200.000 manat.

Vergi ödәyicisinin gәlirinin 2.200.000 manatı gәlәcәk dövrün gәlirlәrindә nәzәrә alınacaq. Vergi Mәcәllәsinin 130.6.3-cü maddәsinә әsasәn, faktiki çәkilәn xәrclәr gәlirdәn çıxılan xәrclәrә aid edildiyi üçün vergi ödәyicisinin 2026-cı ildә 1.200.000 manat xәrci tam olaraq xәrclәrә aid edilәcәk. Belәliklә, vergi ödәyicisinin 2025-ci vә 2026-cı il göstәricilәrinә әsasәn, 200.000 manat zәrәri olacaq:

2.200.000 – 1.200.000 – 1.200.000 = -200.000 manat.

Vergi ödәyicisinin bina tikintisi üzrә sonuncu il olan 2027-ci ildә satışı 5 milyon manat, xәrclәri isә 3 milyon manat olub. Smeta üzrә xәrclәr 100 faiz olduğu üçün vergi ödәyicisinin 2027-ci il üzrә mәnfәәt vergisi bәyannamәsindә 5 milyon manat tam olaraq gәlir kimi tanınacaq.

Hәmçinin, 2026-cı ildә gәlәcәk dövrün gәliri olan 2.200.000 manatı nәzәrә alınarsa, 2027-ci il üzrә mәnfәәt vergisi bәyannamәsindә gәlir 7.200.000 manat qeyd edilәcәk. 2027-ci il üzrә faktiki xәrc olan 3 milyon manatı vә ötәn ildәn qalan 200.000 manat zәrәri dә nәzәrә alsaq, vergi ödәyicisinin hәmin il üzrә mәnfәәti 4 milyon manat tәşkil edәcәk:

5.000.000 + 2.200.000 – 3.000.000 – 200.000 = 4.000.000 manat.

Son dәyişikliyi misalla geniş izah etmәkdә mәqsәdimiz odur ki, bina tikintisi ilә mәşğul olan vergi ödәyicisi Vergi Mәcәllәsinә yeni daxil edilәn uzunmüddәtli gәlirlәr haqqında daha aydın fikrә malik olsun.

Әvvәlcә maddә ilә bağlı vacib mәqamları qeyd edәk.

Birinci mәqam. Hәr il üzrә faktiki xәrc tam olaraq gәlirdәn çıxılır.

İkinci mәqam. Vergi ödәyicisi hәr il üzrә gәliri müәyyәn edәrkәn faktiki çәkilәn xәrcin ümumi xәrclәrdә xüsusi çәkisini nәzәrә almalıdır.

Vergi Mәcәllәsindә edilmiş son dәyişiklikdә hәr iki mәqam bina tikintisi ilә mәşğul olan vergi ödәyicilәrinin faydasına olan dәyişiklik kimi qiymәtlәndirilmәlidir.

İndi isә misalımızı cәdvәl formasında tәqdim edәk:

İl Satışın dәyәri, manatla Xәrc, manatla Xәrcin smetada xüsusi çәkisi, faizlә Gәlir,

manatla

Mәnfәәt

(zәrәr), manatla

Gәlәcәk dövrün gәliri, manatla
  Binanın ümumi xәrci (smetası) – 6 milyon
2025-ci il 2 milyon 1.800 min 30% (1.800 min / 6 milyon) 600 min

(2 milyon x

30%)

(1.200 min manat – zәrәr)

(600 min manat (gәlir)

– 1.800 min

(xәrc))

1.400 min

(2 milyon (2025ci il üzrә gәlir) –

600 min (xüsusi çәki nәzәrә alınmaqla gәlir)

2026-cı il 3 milyon 1.200 min 50 faiz ((1.800 min (2025-ci

il üzrә xәrc) +

1.200 min

(2026-ci il üzrә xәrc)) /

6 milyon

(smeta)

 

2.200 min ((3 milyon +

1.400 min

(gәlәcәk dövrün gәliri)

x 50 faiz (xüsusi çәki)

(200.000 –

 

zәrәr) (2.200 min (gәlir) –

1.200 min manat (faktiki

 

xәrc) – 1.200 min (2025-ci il üzrә zәrәr)

2.200 min

(4.400 min manat x 50%

(xüsusi çәki))

2027-ci il 5 milyon 3 milyon 100 faiz

((2025-ci il üzrә xәrc) +

1.200 min

(2026-ci il üzrә xәrc)) + 3

milyon (2027-ci il üzrә xәrc)/

6 milyon

(smeta)

7.200 min

(5 milyon

(2027-ci il üzrә gәlir) +

2.200 min

(gәlәcәk dövrün gәliri)

4 milyon

(7.200 min –

3 milyon

(2027-ci il üzrә faktiki xәrc) – 200 min

(ötәn ilin zәrәri)

——
Cәmi 10 milyon 6 milyon     4 milyon
Son xəbərlər
Digər xəbərlər