26 C
Baku
Saturday, July 27, 2024

“Binance” Almaniyada lisenziya ərizəsini geri götürüb

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” Almaniya Federal Maliyyə Nəzarəti Qurumundan (BaFin) lisenziya almaq üçün müraciətini geri götürüb, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Bu addım kriptovalyuta birjasının Avropada, xüsusilə Hollandiya, İtaliya və Almaniyada kripto törəmələri ilə ticarəti dayandıracağını elan etməsindən sonra baş verib.

İyunun 5-də SEC “Binance Holdings Ltd.”ni, onun ABŞ bölməsini və birjanın təsisçisi Zhao Changpengi qiymətli kağızlar qanunlarını pozmaqda ittiham edib. Komissiyanın fikrincə, “Binance” birja və ya broker kimi qeydiyyatdan keçməyib, bununla da investorlar üçün həddindən artıq risklər yaradıb və onları müdafiədən məhrum edib.

Amerika tənzimləyicisi həmçinin “Binance”ın ABŞ aktivlərinin dondurulmasına dair əmr verib və bu, birjanı dollar depozitləri ilə işləməyi dayandırmağa məcbur edib.

Son xəbərlər
Digər xəbərlər