Binance birjasının rəhbəri: Amazon öz kriptovalyutasını buraxacaq

0

Ən böyük onlayn pərakəndə satış şirkəti olan Amazon, öz kriptovalyutasını təqdim edəcək, Binance birjasının baş direktoru Changpeng Zhao deyir. Onun sözlərinə görə, internet şirkətlərinə rəqəmsal pul lazımdır.

“Niyə internet şirkətləri ödəniş üçün kriptovalyutanı qəbul etməyə hələ də başlamayıblar? Bu, ənənəvi ödəmə üsullarından daha asan, sürətli və ucuzdur”, – Zhao öz Twitter hesabında yazıb.

Daha əvvəl JP Morgan analitikləri əmtəə və xidmətlərin ödənilməsi üçün rəqəmsal puldan istifadə məsələsinə şübhə ilə yanaşıblar. Ekspertlər kriptovalyuta ilə böyük pərakəndə satış şirkətini tapmaqda çətinlik çəkiblər.