10 C
Baku
Wednesday, December 11, 2024

“Binance” bütün istifadəçilər üçün məcburi verifikasiya tətbiq edib

“Binance” kriptobirjası bütün istifadəçilər üçün məcburi verifikasiya tətbiq edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bunu etməkdə əsas məqsəd kriptomühitin təhlükəsizliyini təmin etmək və çirkli pulların yuyulması ilə mübarizə aparmaq olub.

Beləliklə, kriptobirjanın yeni üzvləri “Binance”ın xidmətlərindən istifadə etmək üçün şəxsiyyətini təsdiq etməli olacaqlar. İstifadəçilər özləri haqqında məlumat verməli, şəxsiyyəti təsdiq edən sənədin fotoşəkillərini yükləməli və üz tanıma yoxlamasından keçməlidirlər.

Qeyd edək ki, mövcud istifadəçilər də verifikasiyadan keçməlidirlər. 19 avqustdan etibarən verifikasiyadan keçməyən istifadəçilər üçün vəsaitləri geri çəkmək, sifarişi ləğv etmək və əməliyyatı bağlamaq kimi funksiyalar bağlanacaq.

Xatırladaq ki, 2020-ci ilin avqustunda məcburi verifikasiyanı “BitMEX” kriptobirjası tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər