12 C
Baku
Thursday, November 14, 2024

“Binance” hücuma məruz qalıb: $100 milyon dəyərində kriptovalyuta oğurlanıb

Təxminən 30 milyon istifadəçisi olan dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance dünən gecə yerli blokçeyn şəbəkəsi Binance Smart Chain-ə hücum edildiyini açıqlayıb. Açıqlamada hücum nəticəsində 100 milyon dollar dəyərində kriptovalyutaların oğurlandığı bildirilib. Açıqlamaya görə, iki blokçeyn şəbəkəsi arasındakı körpüdə hücum aşkar edildikdən sonra Binance Smart Chain-də əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Banker.az xəbər verir ki, Binance-in Baş icraçı direktoru Çanqpenq Zhao BSC Token Hub-a edilən hücum nəticəsində əlavə Binance Coin (BNB) istehsal edildiyini Twitter-də yazıb. Zhao əlavə edib ki, mövzu bağlanıb və investorların pulları üçün heç bir təhlükə yoxdur.

Hücum xəbərindən sonra BNB 293 dollardan 280 dollara düşüb. Bu səhər isə yenidən 284 dollara qalxıb. Bazarda da qeyri-adi hal yaşanmayıb. Bu səhərə olan məlumata görə, Bitcoin həftə ərzindəki eniş-çıxışlara uyğun olaraq gündəlik 1.8% ucuzlaşıb 19 981 dollar olub.

Analitiklər qeyd edirlər ki, hücumdan sonra Binance dərhal hərəkətə keçib investorların etibarını bərpa etməyə cəhd göstərib və beləliklə, panika satışının qarşısını ala bilib.

Bu gün də Bitcoin-in 20 min dollarlıq psixoloji səviyyədə olacağı bildirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər