10 C
Baku
Thursday, November 14, 2024

“Binance” kriptobirjası dollar köçürmələrini dayandırır

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” bu gün, fevralın 8-dən etibarən ABŞ dolları ilə bütün köçürmələri dayandırdığını açıqlayıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Biz bu xidməti mümkün qədər tez bərpa etmək üçün çalışırıq. Kriptovalyutaları almağın və ya satmağın bütün digər yolları qalmaqdadır”, – “Binance” qeyd edir.

Bununla belə, “CNBC”nin məlumatına görə, “Binance” birjada dollar köçürmələrinin dayandırıldığını elan etdikdən sonra əməliyyatlarda kəskin artım baş verib. İstifadəçilər dollarla sabitlənmiş steyblkoinləri (məsələn, Tether və ya USDC) köçürməyə başlayıblar.

“CNBC” bildirir ki, son sutka ərzində “Binance”dən dollarla pul axını 172 milyon dollar təşkil edib (platformanın ümumi kripto aktivləri hazırda 42.2 milyard dollar olaraq qiymətləndirilir).

Son xəbərlər
Digər xəbərlər