Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Amerikanın “Forbes” jurnalına 200 milyon dollar sərmayə qoyub.
Banker.az xəbər verir ki, bu, “Binance”ın cəlb etmək istədiyi 400 milyon dollar bir hissəsi olub.
“Binance” və “Forbes” razılaşması rəqəmsal aktivlərə qlobal marağın fonunda dəyər artımına tab gətirən və yeni milyarderlər sinfini meydana gətirən kriptovalyuta sektorunun təsirini göstərir. Bu sövdələşmə ABŞ-ın media bazarında ilk böyük sərmayədir.
Qeyd edək ki, “Forbes”un onlayn və offlayn auditoriyası kontent və tədbir keçirilməsi sayəsində 150 milyon insana çatır. “Forbes” gəlirləri lisenziyalaşdırma sövdələşmələri, elektron ticarət və birbaşa istehlakçıya xidmətlər vasitəsilə şaxələndirir.
Yanvar ayında “Binance”ın qurucusu və baş direktoru Changpeng Zhao kripto sənayesinin ən zəngin adamı seçilib. Onun sərvəti 96 milyard dollar olaraq qiymətləndirilir.