“Binance” kriptobirjası Rusiyadan gedir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Bildirilir ki, şirkət yerli biznesini “CommEX”ə satır.
“Mövcud istifadəçilərin başqa platformaya rahat keçidini təmin etmək üçün bağlanma prosesi bir ilə qədər vaxt aparacaq. Hazırkı rusiyalı istifadəçilərin bütün aktivləri təhlükəsiz və etibarlı şəkildə qorunur”, – mesajda deyilir.