“Binance” kriptobirjası “Toncoin”in (TON) listinqini elan edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Ticarət 8 avqust 2024-cü ildə Bakı vaxtı ilə saat 14:00-da, vəsaitlərin çıxarılması isə avqustun 9-dan başlayacaq.
Qeyd edək ki, “Toncoin” rəqəmsal valyutası “OKX”, “Bybit” və digər birjalarda ticarət edilir. “CoinDesk”ə görə, Bakı vaxtı ilə saat 10:55-də kriptovalyuta 9.73% – bir sikkə üçün 6.32 dollara qədər artıb.
“Toncoin” Pavel Durov tərəfindən 2018-ci ildə işə salınıb. 2020-ci ildə onlar ABŞ-dəkı tənzimləyici ilə aparılan proseslərə görə layihənin bağlandığını elan ediblər.
2024-cü ilin iyun ayında Qazaxıstan “Toncoin”in yerli tənzimləyici AFSA tərəfindən lisenziyalı platformalarda ticarətinə icazə verib.