“Binance” kriptobirjası vəsaitlərin məxaricini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Bildirildiyi kimi, şirkət bunu yeni istifadəçilərdən gələn müraciətlərin sayının xeyli artması ilə izah edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Meydançanın təmsilçisi orada saxlanılan vəsaitlər üçün heç bir təhlükənin olmadığını bildirib.
Qeyd edək ki, bu gün bitkoinin yarım saatda 6 min dollar (38 min dollaradək) bahalaşması müşahidə edilib. Ümumilikdə isə son sutkada artım 17% təşkil edib. Bu, kriptovalyutanın möhkəmlənməsinə səbəb olub.
Mütəxəssislərin sözlərinə görə, kəskin artım “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask “Twitter” hesabında bitkoindən bəhs etməsindən sonra baş verib.