17 C
Baku
Saturday, November 26, 2022

“Binance” kriptovalyuta sənayesini dəstəkləmək üçün 1 mlrd. dollarlıq fond yaradır

Cümə axşamı, noyabrın 24-də kriptovalyuta birjası “Binance” digər birja “FTX”in iflasından sonra çətinliklərdən keçən kriptovalyuta şirkətlərini dəstəkləmək üçün 1 milyard dollarlıq fond yaradıb. Kriptobirjanın verdiyi məlumata görə, lazım gələrsə, fonda yönəldilən məbləğ 2 milyard dollara qədər artırıla bilər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkət qeyd edir ki, bu, investisiya fondu deyil – qısamüddətli maliyyə çətinlikləri ilə üzləşən şirkətlərə və layihələrə dəstək olmaq üçün nəzərdə tutulub. Proqram altı ay nəzərdə tutulub. “Binance”ın dediyinə görə, artıq 150-yə yaxın şirkət kömək üçün müraciət edib.

Çərşənbə axşamı ABŞ kreditorlara 3.1 milyard dollar borcu olan “FTX” ilə bağlı ilk məhkəmə iclasını keçirib. Bu, bitkoin də daxil olmaqla kriptovalyutaların məzənnələrinin əhəmiyyətli dərəcədə azalmasına və bütövlükdə sənayedə qeyri-sabitliyə gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər
X