“Binance” kriptobirjası KXDR-dən olan hakkerlər tərəfindən oğurlanan 5.8 milyon dolları geri qaytarıb.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə platformanın rəhbəri Çanpen Çao məlumat verib.
Bundan əvvəl ABŞ KXDR ilə əlaqəsi olan “Lazarus Group” hakker qrupuna qarşı sanksiyalar tətbiq etmişdi. Maliyyə Nazirliyi qrupa məxsus “Ethereum” cüzdanını qara siyahıya salmışdı.
Xatırladaq ki, daha əvvəl “Statista” metakainatda ən böyük oğurluqları dərc etmişdi.
Onlardan ən irimiqyaslısı 2021-ci ilin avqustunda “Poly Network” platformasının “hack” edilməsi zamanı baş vermişdi. Həmin ildə 611 milyon dollar oğurlanmışdı. Hakkerlər bir neçə gün ərzində demək olar ki, bütün vəsaitləri geri qaytarıblar – onların sözlərinə görə, hakkerlər yalnız platformanın təhlükəsizlik sistemindəki boşluqları göstərmək istəyiblər.
2022-ci ilin mart ayında “Ronin” blokçeyn şəbəkəsi 173 600 “Ethereum” tokeninin, “Ethereum” blokçeyn valyutasının və 25,5 milyon dollar dəyərində sikkə tokeninin oğurlandığını elan etmişdi.
Qeyd edək ki, əksər kriptovalyuta oğurluqları daha kiçik miqyasda baş verir, lakin 2021 və 2022-ci illərdə 150 milyon dollardan çox itki ilə yüksək “hack” sayının artması müşahidə olunub.
“Crystal Blockchain”in qiymətləndirmələrinə görə, ümumilikdə 2021-ci ildə hakkerlər kriptovalyutada 4.3 milyard dollar oğurlayıblar.