25 C
Baku
Sunday, October 6, 2024

“Binance” Niderlandda fəaliyyətini dayandırır

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” krallığın yurisdiksiyası çərçivəsində maliyyə və mübadilə fəaliyyətini həyata keçirmək üçün lisenziya ala bilmədiyi üçün iyunun 17-dən Niderlanddan olan istifadəçilərə xidmət göstərməyi dayandıracaq.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Birjanın nümayəndələri bu addımı Niderlanddakı dövlət tənzimləyicisindən virtual aktivlər xidməti təminatçısı (VASP) statusunu ala bilməməsi ilə izah edirlər. Təşkilatın açıqlamasında bildirilir ki, “Binance” krallıqda fəaliyyət göstərmək üçün lisenziya almağa cəhd etməyə davam edəcək.

Son xəbərlər
Digər xəbərlər