9 C
Baku
Thursday, December 12, 2024

“Binance” rəhbəri Trampın qələbəsindən sonra kriptovalyutalar üçün “qızıl dövr” proqnozlaşdırır

Binance kriptovalyuta birjasının icraçı direktoru Riçard Tenq hesab edir ki, Donald Trampın prezident seçkilərində qələbəsi ABŞ-a yeni tənzimləyicilərin gəlməsinə səbəb olacaq, onlar rəqəmsal valyutaya maraq göstərəcək. The Financial Times-a verdiyi müsahibəsində, o, Respublikaçılar Partiyasının qalibiyyətini kriptovalyuta sənayesi üçün “qızıl dövrün” başlanğıcı adlandırıb.

Sənaye nümayəndələri ümid edirlər ki, yeni ABŞ prezidenti Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyanın (SEC) siyasətini dəyişəcək. ABŞ-da kriptovalyuta sənayesini tənzimləyən qanunvericiliyin olmaması səbəbindən SEC qiymətli kağızlar haqqında qanunların şərhinə və kriptovalyuta rəhbərlərinin əməl etməyin qeyri-mümkün olduğunu söylədiyi qaydaların müəyyən edilməsinə arxalanır.

Tramp vəd edib ki, SEC sədri Qari Qensleri “ilk gündən” işdən çıxaracaq. Komissiyanın keçmiş inspektoru Emi Lyiç də ehtimal edir ki, Tramp administrasiyası bazarın əsas tənzimləyicisi olaraq Əmtəə Fyuçerslər Ticarəti Komissiyasını (CFTC) müəyyən edəcək və kriptoaktivlər bazarını daha az nəzarət altında saxlayacaq.

SEC 2022-ci ildə maliyyə hesabatı qaydası tətbiq edib, bu qaydalara görə, müştərilərinin rəqəmsal tokenlərini saxlayan qurumlar onları öz balanslarında öhdəlik kimi göstərməli olurlar. Adətən, saxlanılan aktivlər balansdan kənar mənbələr kimi qiymətləndirilir. Sənaye nümayəndələri ümid edirlər ki, Respublikaçılar tərəfindən nəzarətə alınan Konqres bu qaydanı nəzərdən keçirəcək və böyük bankların və fond idarəçilərinin bazara daxil olmasına imkan yaradacaq.

Bitcoin qiyməti, Donald Trampın seçkilərdə qalib gəlməsi xəbərləri fonunda tarixi maksimumu yeniləyib. 8 noyabrda kurs 77 min dollar səviyyəsində olub. Ekspertlər 2024-cü ilin sonuna qədər bitkoin qiymətinin 80 min dolları aşacağı ehtimalını qeyd edirlər.

Son xəbərlər
Digər xəbərlər