22 C
Baku
Thursday, May 30, 2024

“Binance” Rusiyadan həmişəlik getməyi nəzərdən keçirir – “WSJ”

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Rusiyanı tamamilə tərk etməyi nəzərdən keçirir, bu barədə “The Wall Street Journal” yazıb.

Avqustun 26-da “Binance” rusiyalılara rubl istisna olmaqla, “P2P” (peer-to-peer) vasitəsilə istənilən valyuta ticarətini qadağan edib.

Yeni məhdudiyyətləri ilk görənlər arasında “Türk Steam”, “PlayStation” və “Xbox” hesablarında ödəniş etmək üçün “Binance” vasitəsilə lirə alan oyunçular olub. İndi hər hansı xarici valyuta almaq istəyərkən xidmət belə bir mesaj göstərir: “P2P ticarəti üçün yerli valyutanı seçin. Bu, yoxlama zamanı göstərdiyiniz ölkə üçün “Binance” qaydalarına uyğun olaraq tələb olunur”.

Aprel ayında “Binance” rusiyalılara qarşı sanksiyaların bir hissəsi olaraq 2022-ci ilin yazında qoyulmuş 10 000 avro limitini qaldırıb. Elə həmin ay “Binance” Rusiya kartlarından depozitlərin qoyulmasına icazə verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər