“Binance” kriptobirjası rusiyalılara, eləcə də Rusiyada yaşayan hər hansı fiziki şəxslərə P2P xidməti vasitəsilə dollar və avro alqı-satqısını qadağan edib, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.
Bu qərar Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə uyğun olaraq qəbul edilib. Birja həmçinin Aİ vətəndaşlarına P2P vasitəsilə rubl almağı və satmağı qadağan edib.
“İstifadəçilər “Binance” P2P-dən istifadə etməyə davam etmək üçün digər mövcud fiat valyutalarını seçə bilərlər”, – deyə kriptobirjanın nümayəndəsi əlavə edib.
Rusiyalılar Rusiya banklarının SWIFT-dən ayrılması səbəbindən xaricə pul köçürmələri üçün “Binance” və digər kriptovalyuta birjalarının P2P xidmətlərindən fəal şəkildə istifadə ediblər. Xidmət kriptovalyuta almağa və ya kripto pul kisələri arasında vəsait köçürməyə imkan verir.