8 C
Baku
Wednesday, October 30, 2024

“Binance.US” dollar depozitlərinin qəbulunu dayandırıb

“Binance” kriptovalyuta birjasının Amerika şöbəsi dollarla depozit qəbulunu dayandırıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

“Müştərilərimizi və platformanı qorumaq üçün bu gündən dollar depozitlərini dayandırırıq və müştərilərə bank tərəfdaşlarımızın 13 iyun 2023-cü il tarixindən etibarən dollar vəsaitlərinin çıxarılması kanallarını dayandırmağa hazırlaşdıqları barədə xəbərdarlıq edirik”, – mesajda deyilir.

Həmçinin qeyd olunur ki, birja öz fəaliyyətini müvəqqəti olaraq yalnız kriptovalyuta əməliyyatları ilə məhdudlaşdıracaq. “Binance.US” bu qərarı daha əvvəl “Binance” və onun baş direktoru Çanqpenq Zhaoya qarşı iddia qaldıran ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hərəkətləri ilə izah edib.

Mart ayında ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) “Binance” və onun təsisçisi və baş direktoru Çanqpenq Zhaoya qarşı iddia qaldırıb. Tənzimləyici onları ABŞ-ın bir sıra qaydalarını, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizəni pozmaqda ittiham edir. Bundan sonra istifadəçilər cəmi bir həftə ərzində birjadan 2.1 milyard dollar çıxarıblar.

Bildirilir ki, Kanada tənzimləyiciləri araşdırmanın başlanması barədə bildirişi mayın 10-da göndərib.

Son xəbərlər
Digər xəbərlər