13 C
Baku
Friday, April 26, 2024

“Binance” vergiləri kriptovalyuta ilə ödəməyə kömək edən xidmət yaradacaq

Dünyanın ən böyük (ticarət həcminə görə) kriptobirjası olan “Binance” rəqəmsal aktivlərlə işləyərkən istifadəçilərin vergi ödəmələrinə kömək edəcək xidmət yaradacağını açıqlayıb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Onun köməyi ilə bazarda kapital mənfəətləri və zərərləri barədə hesabları hazırlamaq, eyni zamanda yerli vergi öhdəliklərinin yoxlanılması kimi əməliyyatları həyata keçirmək mümkün olacaq.

İyulun 26-da “Binance”ın fyuçers ticarəti zamanı yeni istifadəçilər üçün “leverage” limonitini məhdudlaşdırmağı planlaşdırdığı məlum olub. Saytın icraçı direktorunun “Twitter” səhifəsində yaxın iki həftədə “leverage” limitinin bütün istifadəçilər üçün 5 dəfə endiriləcəyi vurğulanıb.

Bununla yanaşı, “Binance”ın CEO-su kriptobirjanın ABŞ filialının (“Binance US”) birjaya çıxmasını mümkün hesab edir. Onun sözlərinə görə, şirkət gələcəkdə texnoloji startapdan maliyyə xidmətinə keçdikdə tənzimləyicilərin sərt tələbləri ilə üzləşə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər