“Binance” kriptovalyuta birjasında ticarət həcminin payı 2022-ci ilin dekabrında 74%-dən 50%-ə düşüb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Analitiklərin fikrincə, son vaxtlar “Binance”dən 16 top-menecer ayrılıb, o cümlədən “Binance UK”in rəhbəri Conatan Farnell, “Binance US” in rəhbəri Brayan Şroder, “Binance”nin Şərqi Avropa üzrə direktoru Qleb Kostarev və MDB üzrə direktor Vladimir Smerkis.
İyun ayında SEC “Binance” və onun rəhbəri Changpeng Zhaoya qarşı qiymətli kağızlarla ticarət qaydalarını pozduğuna görə məhkəməyə müraciət edib. Məhkəmə sənədindən belə çıxır ki, komissiya BNB tokenini, həmçinin birja brendini daşıyan BUSD stabilkoini qiymətli kağızlar kimi tanıyıb. SEC həmçinin “Binance”nin ABŞ-dakı törəməsinin aktivlərinin bloklanmasını tələb edib. Bu hadisələr bir sıra ticarət şirkətlərinin narahatlığına səbəb olub, onları birjada ticarət əməliyyatlarını azaltmağa məcbur edib.
Sentyabrın sonunda “Binance” Rusiyadakı biznesini satmaq üçün müqavilə bağlayıb. Rəsmi məlumata görə, mövcud istifadəçilərin yeni “CommEX” platformasına keçmə prosesi bir ilə qədər vaxt aparacaq.