“Binar opsion” nədir?

Binar opsion – (rəqəmsal opsion, “hər şey, ya heç nə” opsionu, yaxud təyin edilmiş gəlir opsionu” – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin (mükafat) təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət (mükafat və opsion dəyəri arasında fərq həcmi olduqda), ya da mənfi (opsion dəyərinin yüksək olması) olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi (modul) mənfi nəticədə olduğundan aşağıdır. 

Adətən burada sual birja qiymətinin baza aktivində müəyyən edilmiş səviyyədən yuxarı (və yaxud aşağı) olacağı ilə bağlı yaranır. Təyin edilmiş ödəniş qiymətin dəyişmə dərəcəsindən asılı olmayaraq opsionun uduş halında həyata keçirilir.

Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır.

Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır).

Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.

Treyderlər binar opsionlardan aktivin qiymətinin hərkət edəcəyi düzgün istiqaməti təyin etməklə gəlir əldə edə bilərlər. Beləliklə, burada iki variantı – seçilmiş aktiv üzrə qiymət artımının həcmi (Call-opsion) və yaxud aktivin dəyərinin enmə həcmi (Put-opsion). Seçilmiş zaman kəsiyi ərzində verilən proqnoz uğurlu olarsa və aktivin dəyəri təyin edilmiş səviyyədə və yaxud ondan yaxşı olarsa treyder təyin edilmiş məbləği əldə edir.

İlkin olaraq binar opsionlar bazarda bir o qədər də məşhurluq qazanmamışdır. 2008-ci ilin may ayında Amerika Fond Birjası (AMEX) və Çikaqo opsion birjası binar opsionlar ilə sistemli ticarətə başlayır, 2008-ci ilin iyun ayında isə bu müqavilələri standartlaşdırılar ki, bu da onlara indiki bazar liderliyini qazandırır.