BioNTech/Pfizer konsonsiumu koronavirusun “Omikron” ştammına qarşı peyvəndin kliniki sınaqlarına başlayıb.
Bu mərhələdə sınaqlar 18-55 yaşlı şəxslər arasında aparılacaq.
Tədqiqat zamanı həmçinin həm hazırkı Pfizer/BioNTech, həm də “Omikron”a qarşı peyvəndin müxtəlif tətbiq sxemlərini müqayisə etmək üçün müxtəlif qruplar yaradılacaq.
Ümumilikdə sınaqlarda üç qrupa bölünməklə 1420 nəfər iştirak edəcək.