“BioNTech” şirkəti yeni “omikron” koronavirus ştamını öyrənməyə, eləcə də preparatının mövcud versiyasının onunla mübarizə aparmaq üçün nə dərəcədə effektiv olduğunu araşdırmağa başlayıb.
“Vaxt itirməmək üçün istehsal etdiyimiz peyvəndin uyğun olub-olmadığı barədə məlumat əldə edilənə qədər bu iki vəzifəni paralel olaraq həll edirik”, – deyə şirkət bildirib.
Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.