13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“BioNTech” vaksin istehsalı üzrə alyans yaradıb

faizlere

Yeni növ koronavirusa (COVİD-19) qarşı dünyada ilk dəfə DNK əsaslı vaksin hazırlayan Almaniyanın “BioNTech” şirkəti vaksin istehsalı üzrə 13 firma ilə alyans yaradıb.

“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, bununla da “BioNTech” bu il 2 milyard doz vaksin istehsalı hədəfinə çatmaq istəyir.

Alyansın yaradılması ilə bağlı danışıqlar 2020-ci ilin oktyabrında, “BioNTech”-in amerikalı tərəfdaşı “Pfizer” ilə vaksinin hazırlandığını elan etməsindən bir neçə həftə əvvəl başlanıb. “BioNTech”-in alyansdakı tərəfdaşları arasında Almaniyanın “Merck”, “Rentchler Biopharma”, “Evonik Industries”, “Dermapharm”, “Siegfried AG i Baxter Oncology”, Fransanın “Sanofi i Delpharm”, İsveçrənin “Novartis”, Avstriyanın “Polymun Scientific Immunbiologische Forschung GmbH” və Kanadanın “Acuitas Therapeutics” şirkətləri var. Bu şirkətlər istehsal üzrə işlərin müəyyən bir hissəsini yerinə yetirəcək.

Həmin şirkətlər arasında “Pfizer”-in rəqibləri də yer alır.

“BioNTech” öz istehsalının həcmini də genişləndirir. Aprel ayında ildə 750 milyon doz vaksin istehsal edəcək yeni zavod istifadəyə veriləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər