23 C
Baku
Friday, April 26, 2024

“Biq Mak” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur

Bu indeksə əsasən, Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsini 2 dəfədən çox üstələyir. 

Banker.az Report-a istinadla  xəbər verir ki, Böyük Britaniyanın “The Economist” nəşri ənənəvi “Biq Mak” indeksini açıqlayıb.

Qeyd edək ki, indeks ABŞ-ın “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. Ekspertlər hesab edir ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında hər bir ölkənin milli valyutasının real dəyərini öyrənmək olar.

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Biq Mak”ın qiyməti götürülür. Hazırda həmin qiymət 5,6 ABŞ dollarıdır. Əgər hər hansı ölkədə “Biq Mak”ın dollar ifadəsində bundan bahadırsa, deməli, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən aşağı, əgər ucuzdursa, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən yuxarıdır.

Məsələn, hazırda Azərbaycanda “Biq Mak” 3,95 manata və yaxud 2,3 dollara satılır. Bu isə o deməkdir ki, “Biq Mak” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər