2024-cü ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 22.5% artıb.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Beləliklə, ötən ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 397.2 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 486.6 manat təşkil edib.