29 C
Baku
Thursday, May 30, 2024

Bir ilə bərabər bir ay! Şirkətlərin mənfəət vergisi ödənişlərində yeni REKORD qeydə alındı

Azərbaycanda şirkət və təşkilatların dövlət büdcəsinə 2023-cü ilin yanvar üzrə mənfəət vergisindən ödənişlərinin həcmi 2 mlrd. manatı ötüb, bu ölkə tarixində bir ilkdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər dövlət badəsinə 2 mlrd. 345 mln. manatlıq mənfəət vergisi ödəyiblər. Bu 2022-ci ilin eyni dövründə 494.9 mln. manat idi.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvarında yalnız 22.7 mln. manatı bankların hesabına baş tutub.

Azərbaycanda əsas vergisi Dövlət Neft Şirkətidir (SOCAR). 2021-c ilin 12 ayı üzrə dövlət büdcəsinə 2 mlrd. 958 mln. manat mənfəət verigis ödəmişdirlərsə, bunun 1 mlrd. 162 mln. manatı SOCAR-ın payına düşürdü.

Beləliklə, 2023-cü ilin dövlət büdcəsinin gəlirlərinin 4 mlrd. manatlıq gəlirinin 58.5 faizini (2022: 18 faiz idi) şirkətlərin mənfəət vergisi hesabınadır.

Yanvar ayında dövlət büdsəinin 829.7 mln. manatı (2022: 731.9 mln. manat) ƏDV-nin, 102.1 mln. manatı (96.2 mln. manat) fiziki şəxslərin gəlir vergisi, 97.2 mln. manatı (89.9 mln. manat) aksiz verginin payına düşüb.

Dövlət büdcəsinin gəlirləri:

2023-cü ilin yanvar ayı, milyon manat

 

 

 

yekuna görə faizlə

 

 

 

ÜDM-də payı, faizlə

Gəlirlər – cəmi 4006,5 100,0 41,3
o cümlədən:
Fiziki şəxslərin gəlir vergisi 102,1 2,6 1,1
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2345,0 58,5 24,2
Torpaq vergisi 2,8 0,1 0,03
Əmlak vergisi 16,7 0,4 0,2
Əlavə dəyər vergisi 829,7 20,7 8,6
Sadələşdirilmiş vergi 50,3 1,3 0,5
Aksiz 97,2 2,4 1,0
Yol vergisi 12,8 0,3 0,1
Mədən vergisi 9,5 0,2 0,1
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 128,6 3,2 1,3
Digər daxilolmalar 411,8 10,3 4,2

 

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Son xəbərlər
 ⁠
Digər xəbərlər