26 C
Baku
Friday, April 19, 2024

Bir ayda bankın xalis mənfəəti 20 mln manat azaldı

2015-ci ilin Fevral ayının nəticələrinə əsasən Paşa Bankın aktivləri 1 439 480 443 AZN təşkil edib ki, bu da ilin əvvəlindən aktivlərin 160 748 330 AZN və yaxud 12.5% artması deməkdir.

Banker.az bankın rəsmi göstəricilərinə istinadən xəbər verir ki, həmçinin kredit portfelində də artm müşahidə olunub. Belə ki, ilin əvvəlindən bankın kredit portfeli 63 442 299 AZN və yaxud 11.6% artaraq, 606 368 396 AZN çatıb.

Son bir ay ərzində isə bankın xalis mənfəətində isə azalma qeydə alınıb. Fevral ayında bankın xalis mənfəəti 20 998 723 AZN azalaraq, -18 141 093 AZN-ə çatıb. Qeyd edək ki, ötən ay bankın mənfəəti 2 857 630 AZN təşkil edirdi.

Onu da qeyd edək ki, Fevral ayında baş verən devalvasiyadan sonra bəzi bankların aktivləri, öhdəlikləri və kapitallarında kəskin artım və yaxud azalmaların olması normal haldır.

Son xəbərlər
Digər xəbərlər