“Bir ay ərzində Ukrayna ordusu İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsallı pilotsuz uçan aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri sayəsində vurulub”-deyə, o bildirib.
Onun sözlərinə görə, 19 oktyabr tarixində Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.