Müasir zamanda bank işində iri miqyaslı təşkilatlar hökm sürürlər, onlar üçün neçə milyonluq tranzaksiyalar cəmi bir günü söhbətidir. Amma belə görünür ki, Almaniyanın Hammesfeld, Blaufelden, Baden-Byurtemberq torpaqları vilayətlərində belə miqyaslar haqqında eşitməyiblər. Burada Raiffeisen Gammesfeld adlı maliyyə müəssisi fəaliyyət göstərir ki, o bəlkə də hazırda işləyən banklar içərisindən ən qəribə qurumdur.
Onun sahibi Peter Breiter-dir, onun sahibi həm menecer, həm kassir, həm təmizlik işlərinə baxan insan rolunu oynayır. Çox milyonlu sövdələşmələr ona yaddır; o təkbaşına doğma kəndinin sakinlərinə xidmət göstərir və öz müştərilərinin hamısını adbaad tanıyır.
Ən maraqlısı odur ki, 2009-cu ilə qədər Raiffeisen Gammesfeld bankında hətta kompüter də yox idi –bütün əməliyyatlar kalkulyator və çap maşını vasitəsi ilə aparılırdı. Bank kredit kartları və onlayn xidmətlər təklif etmir. Bankın illik gəliri təxminən €40 000 avroya bərabərdir, 123 illik tarixi ərzində bağlanmış ən böyük kredit müqaviləsinin həcmi isə €650 000 avro təşkil etmişdir.
Raiffeisen Gammesfeld bankının idarəedicisi Peter Breiter Almaniyada Hammesfeld, Blaufelden, Baden-Byurtemberq torpaqları vilayətlərində müştəriyə xidmət göstərir. Maliyyə təşkilatının fəaliyyətində onun əsasının qoyulduğu 1890-cı ildən bəri çox az şeylər dəyişmişdir.
Hesablama maşını, kalkulyator- dünyanın ən balaca banklarından birində hesab-kitab işləri məhz belə aparılır.
Peter Breiter avro sentlərini kağıza bükür.
Kassa
Mandes Rueger adlı 30 yaşlı sığorta agentli Raiffeisen Gammesfeld bankın daimi müştərilərindən biridir.
Rueger və Breiter kredit rəsmiləşdirdikdən sonra bir-birinin əllərini sıxırlar.
Breiterdən əvvəl bankın sahibi olan 82 yaşlı Fritz Vogt hələ də bəzi kağız-kuğuz işlərinin həyata keçirilməsində ona kömək edir.
Raiffeisen Gammesfeld bankının möhürü.
Bankın rəhbəri gündəlik yır-yığış işlərini edərkən.
Bankın giriş qapısı