15 C
Baku
Friday, April 26, 2024

Bir bankda hesabı olanlar ikinci bank hesabını hər hansı məhdudiyyət qoyulmadan aça biləcəklər

Bir bankda hesabı olanlar ikinci bank hesabını hər hansı məhdudiyyət qoyulmadan aça biləcəklər.

Bu barədə “Maliyyə və Texnologiyalar Sammiti”ndə “Bank hesablarının məsafədən açılması” mövzusunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov deyib.
O qeyd edib ki, ilkin mərhələdə müştəri tələb olunan məlumatları, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd üzrə məlumatlarını banka təqdim edir: “Bu mərhələdən sonra bank təqdim edilən məlumatlar əsasında müvafiq qiymətləndirmə aparır. Əgər müştəri ilə birgə əməkdaşlıqda maraqlıdırsa, şəxsiyyəti təsdiq edən sənəd üzrə məlumatları təyinatlı informasiya resursuna ötürülür. Müvafiq cavab alındıqdan, yəni müştəri tərəfindən təqdim olunmuş məlumatların doğruluğu yoxlandıqdan sonra bank tərəfindən ilkin araşdırma aparılır. Bank ya müştəriyə imtina cavabı verə və ya videogörüntü ilə dəvət edə bilər”.
Sektor müdiri deyib ki, digər yol gücləndirilmiş elektron imza və videogörüntü ilə bank hesabının açılmasıdır: “Bu halda açılacaq bank hesabına hər hansı əməliyyat məbləği limiti müəyyən edilməyib. Gücləndirilmiş elektron imza ilə müştəri öz məlumatlarını banka təqdim edə və videogörüntü əsasında bank yekun qərarını müştəriyə bildirir”.
T.Rüstəmov diqqətə çatdırıb ki, bankda hesabı olan fiziki şəxsin məsafədən hesab açması zamanı hər hansı eyniləşdirmə tələbləri tətbiq edilmir: “Bu, o deməkdir ki, artıq bir bankda hesabınız varsa, rahat formada ikinci bak hesabını hər hansı məhdudiyyət qoyulmadan açaraq istifadə edə bilərsiniz”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər