1 C
Baku
Saturday, December 14, 2024

Bir bankir alverçiyə necə çevrilə bilər?

Ehtiyac – bir çox ixtiranın təməlidir. Bu yazılmamış qanunu 2008-ci ilin maliyyə böhranı zamanı korporativ iflas nəticəsində işini itirmiş ingilis Sem Atiko- McQueen öz şəxsi təcrübəsində sınaqdan keçirmişdir. 2008-ci ildə prestijli London Universitetini bitirən Sem ambisiya ilə dolu idi. Semin xatırladığına görə: “Son kurs tələbəsi olduqda Amerikanın nəhəng investisiya bankı olan Lehman Brothers-də işləməyə başladım. Lakin işə başladıqdan cəmi 4 ay sonra mən və kollecin digər 120 məzunu işsiz qaldıq”. 1850-ci ildə yaradılan və investisiya biznesində kök salmış nəhəng bank 1 saatın içərisində maliyyə bataqlığına çevrildi. Bu Amerika şirkətlərinin tarixində ən iri miqyaslı iflas idi. Sem-in bildirdiyinə görə üstəlik onlar hələ tələbə olduqlarından pulları da yox idi. O deyir: “Növbəti iki il çox çətin keçdi. Mən başqa bir şirkətə üz tutdum. Burada 6 ay pulsuz işlədiksən sonra rəhbərlik ştatın dolu olduğunu və mənim getməli olduğumu bildirdi”.

2009-cu ildə İngiltərədə işsiz məzunların sayı 9% təşkil edirdi. 2008-ci ildə isə bu göstərici 5% idi. Bu statistikadan təəssüflənən Sem vəziyyəti özünün ələ almalı olduğuna qərar verir. Qəhrəmanımıza ilham 2010-cu ildə, onun öz əşyalarını yığmaq üçün yeşik axtardığı vaxt gəlir. O deyir: “Mən təsadüfən keçmişə aid, taxta şərab yeşiklərinə ilişdim. Mən bu yeşikləri öz şkafıma yığdım və alınan nəticədən təəccübləndim”. Dostu yeşik kombinasiyasını İngiltərəyə daşımağı və burada satmağı təklif etdikdə biznes ideyası artıq hazır idi.

Hazırda  The Wonderful Wood Company İngiltərədə fransız şərab yeşikləri istehsal edən nəhəng şirkətdir və həftə ərzində orta hesabla 200 ədəd yeşik satır. Şirkət artıq öz məhsullarını Avropa və ABŞ-a göndərir və Çində özünün məhsullarını istehsal edir. Yeşiklər alıcıların əlində ikinci həyat qazanaraq eleqant kitab rəfi, yazı masaları, pişik evləri, komod və s. əşyalara çevrilir.

Son xəbərlər
Digər xəbərlər