21 C
Baku
Saturday, September 28, 2024

Bir canda həm xidmətçi, həm müdir

Günlərin bir günü mən tələsirdim və tez nahar etmək üçün Rock Bottom restoranına gəldim. Yerimdə təzə oturmuşdum ki, qəfildən yanımdan əlində çirkli qablarla dolu olan məcməyi ilə bir oğlan keçdi. Gözünün ucu ilə o, məni gördü və dayanaraq soruşdu:

– Cənab, sizə artıq xidmət göstəriblər?

– Hələ yox,- deyə mən cavab verdim.- Əslində mən tələsmirəm. Mən salat sifariş etmək istəyərdim.

– İçməyi nə sifariş edəcəksiniz?

– Əgər mümkünsə, kola.

– Bağışlayın, cənab, amma bizdə ancaq pepsi var. Ondan istəyərsiniz?

– Yox, çox sağolun, – gülümsəyərək mən dedim.- O zaman mənə, zəhmət olmasa, limon ilə su gətirərsiniz.

– Əla. Mən indi gələcəm.

Bir neçə andan sonra o, qayıtdı və mənə salat ilə su gətirdi. Mən ona təşəkkürümü bildirdim və o, qaçaraq uzaqlaşdı. Mən aclıq hissimi yatırtmağa başladım.

Birdən mən qarşımda həmin ofisiantı əlində 1 litrlik kola ilə gördüm.

Mən təəcüblənərək dedim:

– Çox sağolun!

– Nuş olsun, -deyə ofisiant gülümsəyərək cavab verdi.

Mən özüm özümə fikirləşdim ki, gərək mən bu oğlanı işə götürüm.

Bu, adi bir işçi deyil. Mən o ofisiant ilə danışmaq istəyirdim. Lakin, ora- bura qaçdığı üçün mən onunla danışmağa fürsət tapmırdım.

Fürsət taparkən mən onu yanıma çağırdım.

– Bağışlayın, amma mən elə bilirdim ki, sizin kafedə kola yoxdu.

– Düzdür, cənab, bizdə bu gün kola yoxdur.

-Bəs siz mənə kolanı haradan gətirdiniz?

– Üzbəüz mağazadan.

Onun cavabı məni çox təsiləndirdi o, necə də öz işini sevən bir işçi idi.

– Bəs kolanın pulunu kim ödədi?- deyə mən soruşdum.

– Mən, cənab. Cəmi bir dollar.

– Axı sizin burada çox işiniz var. Siz nə vaxt çatdırdınız?

Gülümsəyərək və mənim gözümdə daha da böyüyərək dedi:

– Mən kolanın dalıyca öz menecerimi göndərmişdim.

Son xəbərlər
Digər xəbərlər