Bir çox ölkələr ərzaq ixracına məhdudiyyət qoyur, ehtiyatılarını toplayırlar

Qlobal bazarda öz ehtiyyatlarını tutan supermarket alıcıları deyil. Artıq bir neçə hökumət koronavirus pandemiyası dövründə qida ehtiyyatlarını qorumağa çalışır.

Dünyanın ən böyük buğda hasilatçısı – Qazaxıstan yerkökü, şəkər və kartof kimi məhsullarının gömrükdən xaricə ixracına qadağa qoyub. Virusun ilkin təsir etdiyi sıralarda olan Vyetnam isə müvəqqəti olaraq düyünün ölkə sərhədlərindən kənara çıxmasını əngəlləyib. Digər, Serbiya isə, hasil etdikləri günəbaxan yağının digər ölkələrə satılmasını qadağa qoyub və həftəlik vəziyyətin qiymətləndirdiklərini deyirlər. Bu barədə Bloomberg yazır.

Artıq bu formada ölkələrin addımları yeni sual ortaya çıxarır: Bu baş verənlər artıq tədarük zəncirlərini və ticarət axınlarını pozmaqla yeni “qida millətçiliyi” dalğasının başlanğıcıdırmı?

“Biz bunun artıq baş verməyini görməyə başlamışıq. Görünür, bloklanma daha da pisə doğru gedir” – deyə, Londondakı Chatam House fikir mərkəzinin direktoru Tim Benson deyir.

Qida tədarükü kifayət qədər olsa da, maddi-texniki baxımdan maneələr koronavirusla bağlı gözlənilməz tədbirləri, maddi-texniki baxımdan maneələr, təftiş və əmək bazarına zərbələrin təhlükəsi məhsullar əldə etməyi çətinləşdirir.

İstehlakçılar dünyanın 4 bir yanında öz ehtiyyat anbarlarını hələ də doldurmaqdadırlar. Virusla əlaqəli iqtisadi tənəzzül hələ yenicə başlayıb. Ticarət məhdudiyyətləri müşahidəcilərin  yaddaşına yaxşı təsirindən daha çox zərərli kimi yaddaşlarına həkk oluna bilər.

Bəzi xalqlar strateji ehtiyyatlarının üstünü bir qədər də artırırlar. Dünyanın ən böyük düyü çəltikçisi sayılan – Çin düyü  və buğda daxili bazarda məhsul yığımından daha əvvəl və bir illik istehlaka bəs edəcək qədər tədarük edəcəyində israrlıdır.

Buğda idxalçıları Əlcəzair və Türkiyə yeni bu məhsulla bağlı yeni tenderlər elan ediblər. Mərakeş buğda idxal rüsumları ilə bağlı təxirə salınmanın hələ iyunun ortalarına qədər davam edəcəyini deyir.