27 C
Baku
Saturday, July 27, 2024

“Bir çox otellər gözlədikləri ulduz dərəcələrini ala bilməyəcəklər”

“Otelçilik turizm sahəsinin onurğa sütunudur. Burada olan nöqsanlar bütövlükdə ölkə turizminə xələl gətirir”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev otellərə ulduz sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

F.Nağıyevin sözlərinə görə, bir çox hallarda otellərin təqdim etdiyi xidmətlər onların malik kateqoriyaya uyğun gəlmir:

“İlkin monitorinqlərə əsasən onu deyə bilərəm ki, bir çox otellər gözlədikləri ulduz dərəcələrini ala bilməyəcəklər. Çünki onların göstərdikləri xidmətlər buna uyğun gəlmir.

Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva turizm sektoruna çox böyük diqqət və qayğı göstərir. Əminliklə deyə bilərəm ki, bundan sonra sektorda çox böyük dəyişiklik baş verəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər