Bir çoxlarının evinə siyahıya alınma ilə bağlı qeydiyyata alanlardan gələn olmayıb – Səbəb nədir?

0

Siyahıya alınma sona çatdı, amma nəticə qənaətbəxş deyil. Apardığım sorğudan belə nəticəyə gəlmək olar ki, bir çoxlarının evinə siyahıya alınma ilə bağlı qeydiyyata alanlardan gələn olmayıb. Səbəb nədir? Səbəb müxtəlif ola bilər. Onların qeydiyyatda olduğu ünvanda yaşamaması, həmin vaxtı qeyğdiyyatda olduğu ünvandan müvəqqəti kənarda olması, qeydiyyatçının məsuliyyətsizliyi və ya statistika idarəsində bu işlərə baxan şəxslərin məsuliyyətsizliyi.

Nəticədə nə baş verir?

İqtisadi, sosial düzgün olmayan proqnozlaşmaya gətirib çıxarır.

Siyahıya alınma keçmiş siyahıya alınma ilə indiki siyahıya alınma arasında dinamik, demoqrafik, sosial, iqtisadi göstəricilərin düzgün təhlil olunması üçün vacibdir.

Yaxın gələcəkdə büdcənin düzgün planlaşmasının əsasını göstərən göstəricilərdən biridir.

Siyahıya alınma şəxs üçün niyə vacibdir?

Hər bir şəxsin siyahıya alınmada iştirakı ümumi əhali haqqında bazanın formalaşmasına gətirib çıxarır, yəni özünə aid olan qruplar üzrə sosial proqramlarda iştirak edir.

Misal: İşsizlik haqqında informasiya: əmək bazarının yenidən öyrənilməsi üçün vacibdir. Gələcəkdə hansı istiqamətdə iş yerlərinə ehtiyac olduğunu göstərir.

Məktəb yaşında uşaqların sayı: gələcəkdə nə qədər yeni məktəblərin tikilməsi üçün əsas göstərici sayılır.

Yaşların öyrənilməsi: gələcəkdə nə qədər pensiya çıxacaq şəxslərin proqnozlaşdlrılması və bunun üçün nə qədər büdcədən pensiya fondu üçün vəsait lazım olacağı üçün lazımdır.

İqtisadçı-ekspert Rauf Qarayev