Bir dəqiqəyə MBA: Məhsulu baha satmaq istəyirsənsə, defisit yarat

0

Nəyə görə Beanie Babies – dünyanda ən bahalı yumşaq ayı oyuncaqlarıdır? Onların istehsalçısı olan amerikalı Ty Warner.Inc kompaniyası həmişə bu ayıların nadir tapıntı olmasının qeydinə qalır. Kompaniya həmişə məhsulun istehsalını məhdudlaşdırır və oyuncaqların hansı dükanda satıldığına xüsusi diqqət yetirir. 

Müxtəlif rəngli bu oyuncaq ayıların istehsalı və satışa buraxılması cənab Uornerə biznesdə baş gicəlləndirici uğur qazanmağa imkan vermişdi. Bu “sevimli mişkalar” məhdud sayda və partiyalarla buraxılır və buna görə dərhal müxtəlif həvəskarların kolleksiyalarının bəzəyinə çevrilir. Mətbuatdan çəkinən və ondan həmişə uzaq qaçan Uorner dünyada oyuncaq ayı istehsalı üzrə ən məşhur brend olan “Beanie Babies”-nin sahibidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Satıcının oğlu yumşaq ayı balalarının satışı ilə məşğul olmaq üçün hətta kolleci atmışdır. Binni ayıları bazarda 1986-cı ildə peyda olmuş və elə həmin zamanda bazarın bu seqmentində liderliyi ələ almışdır–bütün bunla isə müəllifləri Cozef Payn və Ceyms Qilmor olan “Təəssüratlar iqtisadiyyatı” kitabında öz əksini tapıb. Bəs təklifin azaldılmasının nə kimi əhəmiyyəti ola bilər?

Məsələ ondadır ki, insanlar əldə edilməsi çətinliklə mümkün olan, az tapılan məhsula görə əlavə pul, mükafat ödəməyə hazırdırlar və ona görə də onları belə bir şansdan (dadlı əyləncədən) məhrum etmək lazım deyil. Böyük tələbatı olan məhsulun satışı azalanda, bu məhsulun özünə sahib olmaq belə artıq bir təəssürata çevrilir. Insanlar isə təəssüratlara görə əlavə pul ödəyirlər.

Payn və Qilmor süni defisit ideyasından o qədər ilham alırlar ki, bunu hətta Nike kimi nəhəng kompaniyaya da tövsiyə edirlər: Nəyə görə də Nike yeni Air Jordan seriyasından olan idman çəkmələrinin istehsalı zamanı, hər ayaqqabı cütünə onun konveyerinə uyğun ardıcıllıqla №1, №2, №3 və s tipli nömrələr verməsin? Nəyə görə də biz ikinci əl bazarına o ayaqqabıları daha baha alaraq, daha baha satmaq imkanı verməyək? Belə ki, bu zaman hansı konveyerdən çıxmasından asılı olaraq Nike həmin ayaqqabılara fərqli qiymət təyin edə bilər. Bununla da hər bir konveyer buraxılışı özünəməxsus və təkrarsız olur. Qeyd edə ki, artıq Yaponiyada geyinilmiş Air Jordan idman çəkmələrinə görə 400 dollar ödəməyə hazırdırlar. Burada əsas məsələ həddindən artıq canfəşanlıq etməmək və öz marketinq strategiyanın əsas məqsədindən uzaq düşməməkdir. Əgər sizin satdığınız məhsulda eksklüzivlik yoxdursa bu zaman defisitə yol vermək olmaz.