23 C
Baku
Tuesday, May 21, 2024

Bir dəqiqəyə MBA: Xoşagəlməz insanları işə götürməyin, onlar müştərilərin də xoşuna gəlməyəcək

Biznesmen və «bir ömürlük müştərilər» kitabının müəllifi Karl Syuel vakansiya ilə bağlı müraciət edən namizədlərlə bağlı sizdə yaranan subyektiv fikirləri heç də nəzərdən qoymamağı tövsiyə edir. «Mən düşünürəm ki, bu sırf insanı bir xüsusiyyətdir –Syuel yazır. –Mən Romada olanda qəzaya düşmüş bacıma kömək etməyə çalışdırdım. Mən düşünürdüm ki, ingiliscə danışa bilən həkimlər, ingiliscə danışmayanlardan daha çox ağıllıdır. Ola bilsin ki, bu məntiqi və ağlabatan deyil. Amma bu mənim instinktiv reaksiyam idi. Əlbəttə nə dediyini başa düşdüyüm insanlar mənim daha çox xoşuma gəlirdi». 

Eyni qaydanı yeni personal ilə bağlı da tətbiq etmək olar –professional işçilər adətən öz manera və xarakterlərinə görə yeni kollektivə uyğunlaşa bilmirlər. Syuellin kompaniyası olan Sewell Automotive Companies –yüz illik tarixə malik avtodiller yeni işçiləri bir neçə pilləli sınaqdan keçir. Əvvəlcə bir neçə standart intervü keçirirlər, daha sonra onunla menecer söhbət edir, bunda sonra isə namizədlə iki-üç sıravi işçi ünsiyyət qurur ki, bu zaman da «əsas məqsəd onun işdə necə olması görməkdir».

Nəhayət, əgər namizəd heç kəsin xüsusi narazılığına səbəb olmursa, rəhbərlikdən bir nəfər ilə nahar təşkil olunur. Kompaniyanın sahibi HR-testləşmə sahəsinin inkişafına xüsusi qiymət verir, amma yenə də bəyan edir ki, onun nəticəsi namizədin cəm qiymətinin üçdə bir hissəsindən artığını təşkil etmir. Çoxsaylı görüşlər rəhbərliyə namizədin real sosial davranışını qiymətləndirmək imkanı verir. «Ən əsası isə bizim özümüzün həmin insanla təmasda olmaqdan nə qədər məmnun qaldığımızı müəyyən etməkdir –Karl Syuel əlavə edir. –Əgər yeni əməkdaş bizim xoşumuza gəlmirsə, ola bilsin ki, o heç müştərinin də xoşuna gəlməyəcək».

Son xəbərlər
 ⁠
Digər xəbərlər